
Əziz “Bizimki”lər! Bu gün Azərbaycan internet məkanında ilk gənc ədəbi e-jurnal olan “Bizimki”nin 1 yaşı tamam olur. Bu münasibətlə siz “Bizimki”ləri təbrik edir, ədəbi addımlarınızın uğurlu olmasını diləyirik və təbii ki, jurnalımızda daha da fəal iştirakınızı arzu edirik. Bəzilərimiz bir yazı göndərib kənara çəkildi, bəzilərimiz ilk başda fəal olub, daha sonra əlaqəni kəsdi, bəzilərimiz isə hal-hazırda da Bizimkidə dərc olunmaqdadır. Bizim istəyimiz budur ki, bu gənc ədəbi jurnalı siz gənclərlə işıqlandıraq və çağdaş ədəbiyyatımızın qaranlıq yoluna yönləndirək. İnternetdə ədəbi bir mühit formalaşdırmaq imkanını əldən qaçırtmayaq. Və beləliklə günümüz ədəbiyyatında 1 il öncə açılmış “Bizimki” cığırını magistral bir yola çevirək. Bu “Bizimki”lərin əlindədir, yəni sizin əlinizdədir. Bu ədəbi tariximizdəki mühüm dəyəri əldən verməyin, “Bizimki”lər! “Bizimki”yə sahib çıxaq, bizim ədəbiyyatı yüksəldək. Bir daha mübarək olsun!
Dərgimizin bir illik fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə cəmiyyətimiz üçün belə fəaliyyətlər nə qədər faydalıdır? Daha çox faydalı olmaq üçün nələr edilə bilər? Bu suallarla dərgimizin bir illik fəaliyətinə ayna tutmaq məqsədi ilə bəzi yazarlarımızdan fəaliyyətimiz haqqındakı fikirləri öyrəndik. Sizlər də “Bizimki” yazarı, şərhçisi olaraq şərh yazaraq fikirlərinizi bizlərlə bölüşün. (davamı…)
Öz-özlüyündə o, Heç Kim idi; başqalarıyla hətta tarixin ən pis surətində də uyğunluğu olmayan üzündə və saysız-hesabsız, xəyali, əlaqəsiz sözlərində yalnız kimsənin görmədiyi soyuqluq, röya gizlənirdi. Əvvəlcə ona elə gəlirdi ki, bütün insanlar da onun kimidir, amma sonradan dostuna özündəki boşluq haqda danışmağa çalışanda dostunun karıxıb qalması onu əmin etdi ki, səhvi var və həmişəlik başa saldı ki, başqalarından fərqlənmək olmaz.
Dilə gəldi yenə də,
Dərd-qəmimdən qələmim.
Keçmişimi görmüşəm,
Gələcəyi nə bilim.
Qoy danışım ötəndən,
Qoy danışım keçəndən.
Ya fələkdən,
Ya taledən,
Ya da ömrü biçəndən.
Salam olsun!
ÜMİD VAR ƏVƏZİNDƏ
Bilgisayarımın qarşısına keçəndə, hər zaman olduğu kimi bir siqaret yandırdım. Elə yavaş-yavaş nə isə yazmağa başlamışdım ki, dostumun zəngi gəldi:-“Salam qardaş,… necə şeirlərdi?” Yazacağım fikirləri unudacağımdan çəkindiyim üçün tezbazar cavab verdim:-“şeir olmayan yerdə yaxşıdır”-dedim. Yəqin ki, dostum da şeirdən anlamadığımı düşünb, sağollaşdı.
sevgim sən ürəyimdə qalmaliydin gizlicə,
sənsə hər addımımdan özünü izhar etdin
ürəyimdən hər kəsi silib atdın bir gecə,
tənhalığı mənə yar aləmi əgyar etdin
bircə arzun var idi gozümdə bulud olmaq (davamı…)
o qızın ətəyinə gözlərimdən boşalmaq
sən ki, mənim sirrimi faş eylədin ay “axmaq”
mən də sənin arzunu heyf tarumar etdim
Yenə anamı apardılar; hə, içəri otağa çəkdilər. Heyif. Düz bir ay əvvəl mənə söz vermişdi ki, bax, Ziya, on altı yaşın tamam olan saniyə sənə elə gözəl bir hədiyyə verəcəm ki, ömrün boyu yadından çıxmayacaq. Allah haqqı!
Hə, söz vermişdi. Amma nə olsun ki? Gecə saat on birdi, düz bir saatdan sonra mən, nənəm demişkən, yekə kişi olacam. Hə, bir saat nədi ki? Gecə yarıyacan çətin gedib evə çata bilək. Elə bil indiyə qalmışdı gömrük işçilərinin mamanı içəri otağa aparmaqları. Bilmirəm nə görüblər bizdə. Təyyarədən o qədər adam düşdü, heç kimə bir söz demədilər, bircə bizdən yapışdılar, elə bil göydən düşmüşük.
Bu nə dövran; nə zamandır desənə
Zəbt ediblər solu-sağı Qarabağ.
Gör kimlərə yuva qurdun qoynunda
Kimlər olub sənə yağı Qarabağ.
Beyinlər fikirli, ürəklər xəstə, (davamı…)
Gözlər yolda qalıb, qulaqlar səsdə,
Biz necə oxuyaq segah, şikəstə,
Olmusan dillərdə ağı Qarabağ
Əlləri, dodaqları, pərişan saçları, çılpaq bədənini gizlədən qırmızı xalatı, bir vaxtlar dəli sevginin istiliyində isinən, «alışan», «yanan», qırmızı güllü balışı, elə həmin güllərə qərq olmuş yorğanı, döşəyi, hətta, döşəmə də qıp-qırmızı qana boyanmışdı. O, isə ağlamır, qanlı dodaqları ilə sevgilisinin artıq buza dönmüş dodaqlarından öpür, yenə öpürdü.
Biz təkcə işğal olunmuruq, həm də işğal edirik…
Durduğum məkan,
ürəyimin döyüntüsündə
əritdiyim zaman –
işğal.
Alıb-verdiyim nəfəslər,
eşitdiyim səslər,
dediyim sözlər –
işğal.
Yediyim çörək,
içdiyim su,
mənə sərf olunan illər,
umulan əvəzlər,
Heç özüm də bilmirdim nələri baş verdiyini. Boş ötüşən zamanlarda aradabir hər kəsə zillənən boş baxışlar; boş olduğu qədər də dolu idi. Çox qəribə təzadlar idi gördüklərim. Hamı sakit, hamı qayğılı, hamı yorğun. Aradabir “eşş” , “çırt” səsləri aramızda kimlərinsə narahat və narazı olduğunu göstərirdi, ancaq nə etməli…
İlk dəfə idi demirəm, çünki artıq neçənci dəfə idi ki, anlamışdım, hadisələrə künclərdən baxanda daha aydın görünür.
Bilirsənmi
Qansız, vicdansız
İnsan kimdir
Yaltaq insanın özüdür
Ki, var
O insan ki
Mənliyini
Kişiliyini
Şərq bazarında
Axşambazarı adı ilə
Ucuz qiymətə satar
Hörmət anlayışın
Yaltaqlaşdıran
Əvvəlki poçtalyon Lənkəranda ev alıb köçmüşdü dəniz sahilindəki şəhərə, dağın şaxtasından, soyuğundan codlaşmış bədənini dəniz suyu oxşayır, isti qumlar isindirirdi. Adam yaşayırdı özüyçün, tropik yağışlardan, dəniz qoxulu havadan zövq alırdı. Bunları düşünüb kəndin poçtalyonu almağa qərar verdi, orta məktəbdə oxuyanda «Mənim qəlbim dağlardadır!» adlı bir hekayə oxumuş, hekayənin qəhrəmanından zəhləsi getmişdi. Nə var dağlarda, adamın da qəlbi dağlarda olar? O isə dəniz həsrəti ilə yaşayırdı, onun qəlbi dənizlərdəydi, gömgöy dalğalar qəlbini oxşayırdı.
Baxıram gözlərimə;
orda gözəl gözün var.
Qəlbimə gözlərimdən axmışdın gözlərinlə.
Diqqət etsən görərsən
gözlərində gözüm var.
Baxıram ürəyimə; (davamı…)
orda ayaq izin var.
Barmaqların ucunda kəçmişdin ürəyimdən
Söylədiyin şərqiylə vurmuşdun bəm təlinə
orda həzin səsin var.




